“Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanıldı

ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Hücumda şübhəli bilinən şəxs ABŞ polisinin əməliyyatı nəticəsində yaxalanıb.

Onun şəxsiyyəti ilə bağlı hazırda məlumat verilmir.

Xatırladaq ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum edilib. Naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. 

Qeyd olunub ki, “Türk Evi”ndə ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir.


Share: