“Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir.

Bu barədə Kulis.az-a Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar məlumat verib.

Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq. Sözügedən kitabın Bakıda, Türkiyənin İstanbul və Özbəkistanın Daşkənd şəhərində təqdimat mərasimləri təşkil olunacaq.

Bundan əlavə layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər. Həmçinin, Türk Dünyasının müxtəlif nöqtələrindən ölkəmizə gələcək ədəbiyyat nümayəndələrinin Şuşa şəhərinə səfəri baş tutacaq.

Share: