Tükü tükdən seçən Türküm

Coşqun Xəliloğlu

Dərdlərinin ortağıyam

Bu nə dəhşət, nə fəlakət,
Silkələndi bir məmləkət,
Nur, işıq gözləyən zaman,
Hər bir tərəf oldu zülmət.

Bu cocuğun nə günahı,
Xoşbəxt olarmı, sabahı,
Allah, özün ol pənahı,
Yaşamağa ver güc-qüvvət.

Mənim qəlbim ağlayır qan,
Doğma yurdum, Türkiyəm- can,
Qardaşındır Azərbaycan,
Qardaşlıq ən böyük sərvət.

Tükü tükdən seçən Türküm,
Müqəddəs and içən Türküm,
Sınaqlardan keçən Türküm,
Yenə də tapdı dəyanət.

İblislər yox olacaqdır,
Dünya nurla dolacaqdır,
Nadanlar da qanacaqdır,
Nə günahdır, nə qəbahət.

Qəmli bayatı-ağıyam,
Ömrün kədərli çağıyam,
Dərdlərinin ortağıyam,
Göstərək dözüm, mətanət.
12.02.2022.

 

Share: