Trampın qeyri-qanuni uşağı tapılıb – XADİMƏ BÜTÜN ÖLKƏNİ QARIŞDIRDI

Donald Trampın Nyu Yorkda yerləşən “Trump World Tower” otelində qapıçı kimi çalışan Dino Sadjudinin mətbuata verdiyi gizli məlumatlar dünya mediasını silkələyib.

Publika.az xəbər verir ki, yayılan məlumatlara görə, Trampın bu xanımla yaxın münasibətləri olub və onların bu münasibətdən bir övladları var. Buna dair əlində faktların olduğunu deyən D.Sadjudin informasiyanı “National Enquirer” agentliyinə razılaşma şəklində 30 min dollara satıb. Razılaşmaya əsasən o bu faktları heç bir agentliyə satmayacaqdı.

Fakta görə, Tramp oteldə xadimə kimi çalışan əcnəbi bir xanımla münasibətindən dünyaya gələn qeyri-qanuni uşaq haqqında məlumatların mediaya çıxmaması üçün külli miqdarda pul xərcləyib. Xanım isə uşağının Donald Trampdan olduğunu israr edir.

“New York Post” nəşri isə D.Sadjunun iddialarının dəqiqliyini araşdırır. Özünü ABŞ liderinin dostu kimi qələmə verən nəşrlər isə məlumatı yaymaqdan imtina edərək, D.Trampın nüfuzunu ləkələyəcək məlumatları təxribat adlandırıblar.

“National Enquirer” agentliyi aldıqları məlumatın digər agentliklərə sızması səbəbindən qadından 30 min dolları qaytarmağı tələb ediblər.

Müstəqil.Az

Share: