Trampın qardaşı vəfat etdi

ABŞ Prezidenti Donald Trampın qardaşı Robert Tramp vəfat edib.

Müstəqil.Az “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Trampın 72 yaşlı qardaşı bu ilin avqustunda Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi.

Bundan əvvəl isə o, iyul ayında reanimasiya şöbəsində bir həftəlik müalicə olunmuşdu. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilmirdi.

 

Share: