Trampın məhkəməsi avqustun 14-də olacaq

ABŞ-nin keçmiş prezidenti Donald Tramp avqustun 14-də məxfi sənədlərlə düzgün davranmamaqla bağlı iş üzrə məhkəmə qarşısına çıxacaq.

Bu barədə “Reuters” agentliyi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Trampın ABŞ prezidenti kimi fəaliyyətinin son ilində təsdiq etdiyi federal hakim Eylin Kennon məhkəmə prosesi üçün avqustun 14-nə vaxt təyin edib.
Müstəqil.Az
Share: