Trampın dələduzluq işi üzrə məhkəmədə çıxışı qadağan edilib

ABŞ-nin keçmiş prezidenti Donald Trampın aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi üzrə keçirilənməhkəməsində çıxışına icazə verilməyib.

xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Hakim görüşdə Trampdan müəyyən qaydalara əməl etməyi tələb edib.

Xüsusilə, ABŞ-nin keçmiş rəhbərinə “işlə bağlı olmayan məsələlərə münasibət bildirmək”, “seçki çıxışları etmək”, habelə hakimin, onun aparatının, baş prokurorun və məhkəmənin fəaliyyətini şübhə altına almaqla bağlı icazə verilmir.

Lakin Trampın vəkilləri bu məhdudiyyətlərin ədalətsiz olduğunu və Trampın onlarla razılaşa bilməyəcəyini bildirib.

Bundan sonra çıxış icazəsi məhkəmə tərəfindən ləğv edilib.

Share: