Tramp Ramazan ayı münasibətilə müsəlmanları təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.

Təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd Peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu bildirib.

Tramp insanların Ramazan ruhunda, daha ahəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və birinci xanım Melaniya Trampın da təbriklərə qoşulduğunu bildirib.

Share: