Tramp ABŞ-ın gələcək prezidenti adlandırıldı

 ABŞ Prezidenti Co Bayden sələfi Donald Tramp barədə maraqlı açıqlama verib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, Trampı ABŞ-ın gələcək prezidenti adlandırıb.

Bildirilir ki, Bayden bunu büdcə təkliflərini təqdim edərkən deyib:

“Bilirəm ki, xatırlayırsınız, mən bu vəzifə üçün keçmiş və ola bilsin ki, gələcək prezidentlə rəqabət aparırdım”. 

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.


Share: