Toyuna 24 gün qalmış şəhid oldu — Fotolar

Ermənistan silahlı qüvvələrinin  törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Zaqatala rayon Qımır kənd sakini əsgər Turan Tərlan oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu kəndə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, Turan Məhhərəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala  Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Şəhid Turan Məhhərəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Şəhidin cənazəsinin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

Mübariz Muradov


Share: