Toya gedən məktəb direktoru vəfat etdi

Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbin direktoru Knyaz  Süleymanov 60 dünyasını dəyişib. 

“Qafqazinfo”nun məlumatına görə, onun bacısının övladının toy mərasimində anidən səhhəti pisləşib.

K.Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Məktəb direktorunun ürək tutmasından həyatını itirdiyi ehtimal edilir. 

Yunis Quliyev


Share: