Toy yasa döndü: 13 ölü, 15 yaralı

Hindistanın Racastxan ştatında ağır daciə baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yük maşını yolun kənarında təşkil olunmuş  toy mərasimi iştirakçılarının üstünə sürülüb.

Hadisə nəticəsində azı 13 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Yaralananlar arasında gəlinin də olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Müstəqil.Az

 

Share: