Tovuzda xəsarət alan Paşayevaya qarşı kampaniya – Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva qarşı sosial şəbəkələrdə çirkin kampaniya aparılır. Belə ki, Arifə Əliyeva adlı jurnalistin Qənirə Paşayeva ilə çəkdirdiyi fotonu “fotoşop” edib paylaşanlar millət vəkilinin guya qolunun əzilmədiyini, gah sağ, gah sol qolunu bağladığını deyirlər. Çəkilən Selfi fotolarda “güzgü effekti”ndən istifadə edib, çirkin kampaniya aparanlara elə sosial şəbəkə istifadəçilərinin özləri cavab verib, onları kəskin şəkildə qınayıblar.

Müstəqil.Az xəbər verir ki, millət vəkilinin sosial şəbəkədəki hesabından onun köməkçisi də məlumat paylaşaraq, məsələ ilə bağlı aşağıdakı açıqlamanı yayıb:

“Jurnalist Arifə xanımın çəkdiyi selfi fotonu normal çəkilmiş foto ilə “fotoşop” edib yayanlar, çox miskin görünürsünüz. Çünki normal insanlar “fotoşop”, “güzgü effekti” nə olduğunu anlayırlar. Qənirə xanım heç özü sizə cavab verməyə razı olmadı. Amma biz bunu özümüzə borc bildik. Bu arada, neçə gündür Qənirə xanımın müalicəsi üçün dəstək olan bütün həkimlərimizə təşəkkür edirik”, – köməkçi qeyd edib.

Qeyd edək ki, ermənilər tərəfindən Tovuz sərhədində törədilən təxribatın ilk günündən Qənirə Paşayeva cəbhə xəttində, tovuzluların, hərbçilərimizin yanındadır. Qənirə Paşayeva tez-tez canlı yayımlara çıxıb, cəmiyyətin doğru informasiya ilə təmin edilməsinə də vasitəçi olur.

Bir neçə gün əvvəl isə ermənilərin növbəti təxribatı zamanı qəfil hərəkət edərkən yıxılan millət vəkili qolunu zədələmişdi. Hadisə ilə bağlı sorğumuza isə Q.Paşayeva bu haqda yazmamağı xahiş etmişdi. Millət vəkili medianın informasiya savaşına diqqət ayırmasını xahiş etmişdi. Buna baxmayaraq, hadisənin şahidi olan media nümayəndələri xəbəri tirajlamışdılar.

Göründüyü kimi, Q.Paşayeva Tovuzda xəsarət almasının xəbərə çevrilməsinə belə razı deyildi.

 

Share: