Tovuzda qanunsuz ov edənlər saxlanılıb

Tovuzda qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan -ya verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Ceyrançöl adlanan ərazisində qanunsuz ov edən Bakı və Tovuz rayon sakinləri saxlanılıb. Həmin şəxslərdən qanunsuz ovladığı 2 ədəd çöl dovşanı və 2 ədəd ov tüfəngi aşkarlanıb.Faktla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Faktlar üzrə araşdırmalar aparılır.

Share: