Tovuzda naməlum əşya partladı: Xəsarət alanlar var

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Roza Tağıyeva və 1992-ci il təvəllüdlü Esmira Tagiyeva yaşadıqları evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Onlar qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Share: