Toqquşan maşınlardan biri piyada keçidində qadını vurdu — Video

Bakıda piyada keçidində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb. Bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı, baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.

Məlumata görə, hadisə iyunun 2-də Nərimanov rayonu ərazisində – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.


Share: