Tom Kruzun yeni filminin ilk treyleri yayımlandı

Baş rolunda dünya ulduzu Tom Kruzun oynadığı “Mission: İmpossible” seriyasının son filmi “Mission: Impossible – Dead Reckoning Part One” filminin ilk rəsmi treyleri yayımlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kristofer Makkuorri tərəfindən çəkilən filmdə Hant və İMF komandası indiyə qədərki ən təhlükəli əməliyyata hazırlaşır.

Qeyd edək ki, iyulun 12-də kinoteatrlarda nümayiş etdiriləcək filmin heyətində Tom Kruz, Hayli Atvel, Vinq Rayms, Simon Peqq, Rebekka Ferquson, Vanessa Kirbi və başqa məşhurlar var.

Share: