Tofiq Kişioğlu: Qaradağ körpüsündə atamın sahilə qayitmasını səbirsizliklə gözləyirdik

Müstəqil.az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dınizçi həyatı” layihəsinin budəfəki qonağı, vaxtı ilə XDND idarəsinin “Bahar” gəmisinin baş mexaniki olan, keçmiş dənizçi Tofiq Kişi oğlu Mütəllimovdir.

– Tofiq bəy, dənizdən uzaqlaşmısız, necəsiz, özünüzü necə hiss edirsiz?

– Salam, Faiq bəy. Yaxsıyam təşəkkür edirəm. Siz yaxşı olasınız. Özümü əla hiss edirəm. Ali Baş komandanımızın həm siyasi, həm hərbi bacarığı, 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etməsini eşidən, yaşayan adam özünü necə hiss etməlidir ki?

– Düz deyirsən, bu tariximizin ən şərəfli səhifəsidir. Qələbə münasibəti ilə mən də sizi və bütün xalqımızı təbrik edirəm. Deyin, Nədirsə dənizdən çox tez uzaqlaşdınız, deyəsən dənizlə dostluğunuz baş tutmadı?

– Əfsuslar olsun ki, 20 il işlədikdən sonra dənizdən uzaqlaşmalı oldum. Siz bildiyiniz kimi, mənim dənizlə dostluğum uşaq yaslarımdan başlamışdır. Mən də elə siz dediyiniz kimi düşünürəm, mənim dənizlə dostluğum baş tutmadı. Biz bir-birimizi başa düşmədik. Baxmayaraq ki mən dənizi çox sevirəm, xatirələrim yetərincədir.

– “Dənizçi həyatı” layihəsində həmsöhbətik. Dənizli həyatınız necə qalıb yaddaşınızda?

– Mənim yaddaşımda qalan xatirələr şoxdur. İlk xatirəm ondan ibarətdir ki, mən nənəmlə Qaradağ körpüsündə atamın sahilə qayitmasını səbirsizliklə gözləyirdik. Nənəm oğlundan nigaran olardı, mən də atamı görmək istəyərdim. Gəmi heyyəti bizi gördükdə atama deyirdilər ki, ananla oğlun səni gözləyir.

-Siz dənizçi ailəsində doğulmusuz. Uşaqlıqdan dəniz həyatınızda rol oynayıb. Atanız sayılıb seçilən kişilərdən olub. Atanız Kişi Həşimoğlu haqda danışardız.

– Gənc vaxtlarımdan xatırladığım odur ki, atamın gəmi heyyətinə qarşı münasibətləri  əsasən mehriban, qayğıkeş, və ağsaqqal bir münasibət olub. O, xeyirxah əməlləri ilə yadda qalıb. Bir vacib məqamı da qeyd etmək istəyirəm ki, hər kəs atamın kapitan olduğu gəmidə çalışmaq istəyirdi. Səbəblərindən biri də onunla işləyənlərin hər biri xaricə getməyə şanslı olardı. Atam, layiqli işçilərə heç vaxt mane olmazdı, yaxşı xarakteristika verərdi. Onların xarici ölkələrdə işləməyə layiq olduğunu bildirərdi, onlar haqda təqdimat verərdi. Onun haqqında xoş danışırlar, bu mənə xoşdur.

Atam Kişi Mütəllimov 1990-ci il 20 yanvar hadisəsində rus ordusu komandanlığı  ilə əşıqlarda tələblərimizi iləli sürən kapitanlardan biri olmuş və öz kəskin mövqeyi ilə fərqlənmişdi.

– Açıq danışaq, dənizlə dostluğunuzun baş tutmasından bəhs etdiniz, ya dəniz sizi qıbul etmədi, ya da siz dənizlə doğmalaşa bilmədiniz. Amma dənizdən çıxsanız da dənizlə bağlı işdə işləyirdiniz.

-Bu günə kimi dənizə bağlıyam. Qəlbim dənizlə döyünür. Sizin dediyiniz kimi, dənizdən uzaqlaşdığım dövrdəən  mənim yeni iş otağımın qapısı bir başa dənizə və gəmilər dayanan  körpü istiqamətənə baxırdı. Hər gün səhər işə gələndə mən dənizi və gəmiləri görürdüm. Siz təsəvvür edin, mənim gəmi üçün burnumun ucu göynəyirdi. Bir arzum var da var, köhnə dostlar kimi, bir gecə gəmidə və dənizin ortasında dənizi seyr edim.

-Tofiq bəy, dəniz adamını  macəralar tərk etmir. Maraqlı, yadda qalan hadisələrdən danışa bilərsən?

-O qədər maraqlı, eyni zamanda qorxulu, fırtınal və həyacanlı günlər yaşamışam ki… Onları danışmaqla bitməz. Bir hadisəni danışım. “Bahar” gəmisi ilə Finlandiyadan qayıdanda Baltik dənizində möhkəm fırtınaya düşdük. Gəmidə 26 maşn gətirirdik.  Dalğaların çox yüksək olduğunu görüb maşınların hər birini kəndirlə möhkəm bağladıq.

– Gənc dənizçilərə tövsiyyən nə olardı?

– Gənc dənizcilərə tövsiyəm odur ki, işlərində məsuliyyətli və nizam-intizamlı olsunlar.

– 1990-cı ilin qanlı 20 yanvarı yadında necə qalb, o günlər haqda bəhs edərdin.

-1990-cı il 20 yanvar hadisələrində mən “Bahar” gəmisində baş mexanik vəzifəsində çalışırdım. O hadisə dövrü XDND-nin bütün gəmiləri Bakı buxtasında, Nargin adasının sahilə tərəf hissəsində əlverişli mövqe tutmuşdu.  Rus ordusunun təzyiqlərinə baxmayaraq, biz gəmilərimizi dayandığç yerlərdən tərpətmədik. Bütün gəmilərimiz rus gəmilərin= ilə tarana getməyə hazır idi

– Tofiq bəy, dənizçilərimizin sosial rifahının yaxşılaşdırılması üçün nə etmək olar?

-Dənizçilərimizin bu günkü social rifahı illər öncəkindən daha yaxşıdır və yaxşılığa doğru da gedir. Əmək haqları yüksəkdir, daha da nyüksək ola bilər, və düşünürəm ki olacaq da.

-Son vaxtlar AXDG QSC özünün nüfuzunu dünya dənizçiləri sırasında möhkəmlətmədədir. Yeni-yeni layihələr gerçəkləşdi. Gəmiçiliyimiz haqda fikirlərini bilmək olardı.

-Dünya dənizcileri sərasında bizim d\nizçilərimizin təqdirə layiq nüfuza malik olması sevindiricidir. Gəmişiliyimizin yeni –yeni layihələri, xaricdən alınan müasir gəmilər, eyni zamanda Gəmiqayırma zavodlarında öz brendimiz olan gəmilərin tikilməsi çox sevindiricirir.
Çox sağ olun ki müsahibə verməyə razılılq verdin

-Faiq bəy, mən də sizə təşəkkür edirəm ki, bütün dənizçilərə diqqət göstərirsiz. Onlarla müsahibələr edib, yadda saxlayırsız. Bütün dənizçilərimizə ailə səadəti və xoş günlər arzulayıram

Söhbətləşdi: Fauiq Balabəyli

Share: