Tixanovskaya yeni seçkilərin keçirilməsini istəyir

İlin sonuna qədər Belarusda yeni prezident seçkiləri keçirilməlidir.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Belarus prezidentliyinə keçmiş namizəd, müxalifət liderlərindən biri Svetlana Tixanovskaya deyib.

“ATƏT Nümayəndələr Palatasının üzvləri ilə önəmli görüş keçirdim. Görüşdə yeni seçkilər və seçkilərlə bağlı müzakirlərin təşkilində hansı ölkələrin iştirak edəcəyi barədə danışdıq. Yeni seçkilərlə bağlı müzakirələr 2020-ci ildə başlamalı və elə bu ilin sonunda seçkilər keçirilməlidir”, – deyə Tixanovskaya bildirib.

Müstəqil.Az

Share: