“Titanik” gəmisinin qəzaya uğramasına yeni səbəbləri

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, 1912-ci il mayın 2-dən iyulun 3-dək aparılan istintaq rəhbərinin rəyi ilk dəfə ictimaiyyətə təqdim edilib. Bu barədə hakimin qohumları açıqlama verib.

Hakim son rəyində suyun səthinin buz bağlamasına baxmayaraq gəminin yüksək sürətlə hərəkət etdiyini göstərib. Bundan əlavə, hakim batan gəminin yaxınlığında olan “Californian” adlı yük gəmisinin kapitanı Stenli Lordu da tənqid edib. Hakimin fikrincə, yük gəmisi hadisə yerinə köməyə gələ bilərdi.

Hakim öz gündəliyində daha 2 sualı qeyd edib. Gəmi heyətinin aysberq təhlükəsi barədə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq niyə gəminin mühərriki tam sürətlə hərəkət edirdi? Niyə səyahətə çıxmadan öncə qayıqla xilasetmə təlimləri keçirilməyib? Bu sualları hakim açıq saxlayıb.

Müstəqil.Az

Share: