Timur Vaynşteyn rusiyalı xanımı ilə Azərbaycan mahnısına oynadı — Video

Rusiyanın NTV telekanalının baş prodüseri, “Parni iz Baku” KVN komandasının üzvü Timur Vaynşteyn həyat yoldaşı, Rusiyanın Əməkdar idman ustası Yana Batırşina ilə Azərbaycan mahnısının sədaları altında rəqs edib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən görüntüləri Batırşina instaqram səhifəsində paylaşıb.  

“Bu, həyatımızda ən gözəl yay idi!!! Ən maraqlı və dolğun. O qədər xoş hadisələr oldu ki! Təəssüf ki, yay çox sevdiyimiz bütün Azərbaycan rəqsləri kimi uzun yox, qısa oldu. 2022-ci ilin yayı, hər şeyə görə çox sağ ol!”, – o yazıb.

Həmin görüntüləri təqdim edirik:


Share: