Timati “Starbucks”ı aldı

Məşhur repçi Timati “Starbucks” qəhvə mağazaları şəbəkəsinin Rusiyadakı aktivlərini alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, mağazanın açılışı avqustda baş tutacaq. Hazırda komanda ad dəyişikliyi üzərində çalışır.

Qeyd edək ki, dünyanın ən böyük qəhvə mağazaları şəbəkəsi olan “Starbucks” martın əvvəlində Rusiyada fəaliyyətini dayandırdığını elan etmişdi.

1971-ci ildə Sietldə qurulan “Starbucks” dünya üzrə 32.000-dən çox qəhvə mağazası şəbəkəsini idarə edir.


Share: