Timati musiqidən getməsindən danışdı

Reper Timati bizneslə məşğul olmaq istədiyinə görə musiqidən uzaqlaşdığını etiraf edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin sözlərinə görə o, indi musiqi ilə məşğul olmaq istəmir, diqqətini sahibkarlıq fəaliyyətinə cəmləyib.

“Düzünü desəm, indi ifa etmək istəyi ilə yanmıram. Biznes və başqa şeylərlə məşğulam. Çünki müəyyən bir yerdə ilişib qalmaq – 60-70 yaşına qədər qastrolda olub mahnı yazdırmaq istəmirəm”.

Musiqiçi bütün ömrünü sənətinə həsr etmiş sənətkarlara hörmətlə yanaşdığını da deyib.

Qeyd edək ki, bir çox həmkarları reperin bu addımını sənətə xəyanət hesab edib.

Share: