“Tiktok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb

“Tiktok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan – nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb. Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki “Tiktok” platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Share: