Tikinti zamanı sellofana bükülmüş 14 uşaq cəsədi tapıldı -FOTOLAR

Hindistanın Kəlküttə şəhərində tikinti zamanı zibil sellofanlarına bükülmüş 14 uşaq cəsədi tapılıb.
Haridevpur adlı ərazidə təməlqoyma zamanı boş bir ərazidə tapılan cəsədlər ölkənin gündəmini zəbt edib. Kəlküttənin icra başçısı Sovan Çatterji “Uşaqların cəsədlərinin kimyəvi maddələrə batırıldığını müəyyən etdik. Bölgədə boş ərazilərdə və dərələrdə başqa cəsəd olub-olmadığını araşdırırıq” deyib.
Adını açıqlamayan bir polis əməkdaşı isə bölgədə abort edənlər şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib.

Cəsədlər tibbi ekspertizaya göndərilib. Müşahidə kameraları nəzarətə götürülüb.(Qafqazinfo)


Share: