“Tianqonq-1” atmosferdə yandı – 5 ölkə rahat nəfəs aldı

2011-ci ildə Çinin kosmosa göndərdiyi və 2016-cı ildə idarəetmədən çıxan 8,5 ton ağırlığında “Tianqonq-1” gəmisi atmosferə daxil olub.

Müstəqil.Az  xarici mediaya istinadla xəbər verir ki, uzunluğu 10,4 metr olan gəmi Sakit okeanın cənub hissəsindən atmosferə girib.

Kosmik aparatın əsas hissələri yanaraq parçalanıb.

Qeyd edək ki, son məlumatlarda aparatın parçalarının İspaniya, Portuqaliya, Fransa, Türkiyə və Yunanıstan ərazilərinə düşə biləcəyi açıqlanmışdı.

Share: