“The Last of Us” serialı yeni rekorda imza atdı

HBO kanalında yayımlanan “The Last of Us” serialı yeni rekorda imza atıb.

Kulis.az xəbər verir ki, serialın dördüncü seriyası rekord sayda 7,5 milyon tamaşaçı tərəfindən izlənilib. Bu, üçüncü seriyanın göstəricisindən 17 faiz çoxdur.

Qeyd edək ki, birinci sezonun premyerası yanvarın 15-də baş tutub. Layihənin ilk seriyasını iki gün ərzində 10 milyondan çox insan izləyib .

The Last of Us - Wikipedia

Share: