“The Flash” filminin son treyleri yayımlandı

Ezra Millerin baş rolda oynadığı “The Flash” adlı super qəhrəman döyüş filminin son treyleri internetdə yayımlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hekayədə Ezra Millerin personajı Barri Allen valideynlərini xilas etmək üçün keçmişə səyahət edir və özünü təhlükəyə atır.

Filmdə həmçinin General Zod rolunda Maykl Şennon, Kara Zor-El rolunda Saşa Kalle, Batman rolunda Maykl Kiton, Ben Afflek və başqaları çəkilib.

Rejissor Andrés Muschiettidir.

Qeyd edək ki, filmin dünya premyerası iyunun 14-nə planlaşdırılıb.

Share: