“The Bear” serialının ikinci sezonu ekranlara çıxacaq

“The Bear” serialının ikinci sezonu yayın əvvəlində ekranlara çıxacaq.

Kulis.az xəbər verir ki, serialın yeni buraxılışda birinci sezondan daha çox epizod olacaq. “The Bear”ın süjeti dünyanın ən yaxşı restoranlarında birində işləyən gənc aşpazın həyatında baş verən hadisələr üzərində qurulub.

Qəhrəman intihar edən qardaşından ona miras qalan kiçik bir yeməkxanaya rəhbərlik etmək üçün Çikaqoya gəlir. İkinci mövsüm də həmin restoranın açılışından bəhs edəcək. Serialda baş rolu aktyor Ceremi Allen Uayt oynayır.

Share: