TFF binasına silahlı hücuma görə saxlanılanlar var — Yenilənib

Türkiyə Futbol Federasiyasının Rivadakı binasına silahlı basqın edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı hücum TFF-də idarə heyətinin iclası zamanı baş verib. Binaya 5 güllə dəyib. Güllələrdən biri sabiq futbolçu Hamit Altıntopun başının üzərindən keçib.

Hücum zamanı ölən və yaralanan olmayıb. Polis kamera qeydlərini nəzərdən keçirir. Hücum edənlər hadisə yerindən uzaqlaşıblar. 

***

Daxili işlər naziri Süleyman Soylu TFF-yə hücum edən şəxslərin tutulduğunu açıqlayıb. Soylu açıqlamasında, “Bu hadisənin şübhəliləri qısa müddətdə yaxalandı. C.U və O.G. sərxoş halda binanın yaxınlığındakı dənizdə üzürmüşlər və həmin zaman atəş açmağa başlayırlar. Allah qoruyub. Çünki atılan güllələrin yerini gördüm. Sərxoş olmasaydılar, peşəkarlar tərəfindən atılıb demək olardı” deyib. 

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. 


Share: