Tez soyudaraq qənaət edir! — Video

Evinizi sərin və təmiz hava ilə təmin etmək barədə düşünməyin tam vaxtıdır. Təbii ki, tez soyudan, havanı təmizləyən, enerjiyə qənaət edən, evin interyerinə uyğun gələn və proqram təminatı ilə idarə olunan kondisioner almaq hər kəsin arzusudur.

LG Dual Inverter™ kondisioneri bütün bu aspektləri özündə birləşdirir.

LG Dual Inverter™ kondisioneri LG Dual Inverter Compressor™ ilə təchiz olunub ki, bu da çox səmərəli və qənaətcildir.

Adi kondisionerlər yanıb sönmə rejimində işləyərək daha çox enerji sərf edir, otağı gec soyudur və temperatura nəzarət etmir. LG Dual Inverter Compressor™ kompressor isə sürətinə daha dəqiq nəzarət etməyə imkan verən iki fırlanan valdan istifadə edir. Bunun sayəsində kondisioneri otaq temperaturuna uyğun tənzimləyir və daha səssiz işləyir.

TUV* testi göstərir ki, LG inverter kondisionerləri (US-Q242K*) LG qeyri-inverter kondisionerləri (TS-H2465DA0) ilə müqayisədə 40%-ə qədər daha tez soyudur və 70%-ə qədər daha çox enerjiyə qənaət edir.

Siz 60 dəqiqə ərzində Ionizer Plus™ ilə otaqdakı havanı təmizləyə bilərsiniz. İonizatorun yapışan bakteriyaların 99%-dən çoxunu təmizlədiyi sübut edilmişdir.

Kondisioneri evinizin Wi-Fi şəbəkəsinə qoşun və LG ThinQ proqramından istifadə edərək bir kliklə smartfonunuzdan otağa nəzarət edin.

LG Dual Inverter™ kondisioneri evinizin minimalist və ya klassik üslubuna uyğunlaşmaq üçün xüsusi olaraq hazırlanmışdır. Güzgülü ön panel ətrafdakı mənzərəni əks etdirərək diqqəti interyerə cəlb edir.

Kəmalə Piriyeva ilə videomuza baxın və məhsul haqqında daha ətraflı məlumat almaq üçün https://www.lg.com/ae/non-tropical-air-conditioners/lg-A24CMH#pdp_where linkinə daxil olun və ya ən yaxın satış nöqtələrinə baş çəkin.

*TUV – Texniki Nəzarət Təşkilatı


Share: