Teylor Sviftin pişiyinin sərvəti 97 milyon dollardır

Ən zəngin ev heyvanlarının siyahısı açıqlanıb.

Kulis.az xəbər verir ki, siyahıda müğənni Teylor Sviftin Oliviya Benson adlı pişiyi 97 milyon dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.

Məlumatda onun, sahibi ilə bir neçə klipdə və böyük büdcəli reklamlarda çəkilməklə var-dövlət qazandığı qeyd olunub.

Ən zəngin ev heyvanları siyahısında birinci yeri alman VI Günter tutub. Onun sərvəti təxminən 500 milyon dollar qiymətləndirilib..İkinci sırada Instagram ulduzu 100 milyon dollar qazanan pişik Nala yer alıb.

Share: