Evlənmək istəyən 92 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan, yəni 1 iyun 2015-ci ildən bu ilin oktyabr ayının sonuna qədər müayinədən 344 729 nəfər keçib.Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 oktyabr 2017-ci il tarixində müayinədən keçmiş 23 652 nəfərdə talassemiya daşıyıcılığı, 1288 nəfərdə sifilis, 255 nəfərdə isə QİÇS aşkar edilib. Talassemiya daşıyıcısı olan cütlüklərin sayı 125 olub.

Bu il ərzində nikaha daxil olmaq istəyən 116 435 nəfər müayinələrə cəlb edilib ki, onlardan 13 469 nəfərdə talassemiya daşıyıcılığı, 404 nəfərdə sifilis, 92 nəfərdə isə QİÇS aşkarlanıb. 35 cütlüyün talassemiya daşıyıcısı olduğu müəyyən edilib.

Müstəqil.Az

Share: