Teploxod balıqçı gəmisi ilə toqquşub

“Seanews.az”-ın məlumatına görə, qəza oktyabrın 13-də səhər Egey dənizində Aqios Efstratios adasının qərbində baş verib.  Quru yük gəmisi Əlcəzairdən Yunanıstanın Nea Karvali limanına (Salonikin şərqi) gedirmiş.

Heyət üzvlərinin xəsarət alması və ya gəmilərə ciddi ziyan dəyməsinə dair məlumat yoxdur.

Hər iki gəmi öz sürəti, ancaq xilasedici gəminin müşayiəti ilə Mirina limanına çatıb.

Müstəqil.Az

Share: