Tehranda partlayış — 4 nəfər ölüb

Bu gün Tehrandakı yaşayış binalarının birində partlayış baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 4 nəfər həlak olub.

Bildirilib ki, hadisə zamanı altı nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Tehran polisi vurğulayıb ki, həmin binada partlayıcı maddələr istehsal edən sex olub.


Share: