Tehran küçələrində yenidən etiraz aksiyaları başlayıb

İranda nisbətən sakit keçən bir neçə gündən sonra Məhsa Əmini etirazları yenidən başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Veliasr, Cumhuri, Şerif Metro və Keşaverz küçələrində, Danışcu parkında, İnkılap meydanı ətrafında və şəhərin bir çox yerində eyni vaxtda nümayişlər keçirilib.

Hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edən təhlükəsizlik qüvvələrinin rezin güllələrdən istifadə etdiyi də bildirilir.


Share: