Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olundu

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın səhnəsində Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, əvvəlcə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək milli teatrın yaranma tarixindən danışıb və tədbir haqqında ümumi məlumat verib, eyni zamanda İttifaqın təşəbbüsü ilə təşkil olunan “Baxış – 3” festivalının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyalarda məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarət olub: “Budəfəki festivalda əvvəlkilərdən fərqli olaraq demək olar ki, iştirakçıların böyük əksəriyyəti digər sahələrdə fəaliyyət göstərən teatrsevərlərdir. “Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunub”

Share: