Tbilisidə “çin bazarı” yandı – VİDEO

Tbilisinin kənarında yerləşən böyük əşya bazarında yanğın baş verib.

Gürcüstan KİV-ləri bu ərazini “çin bazarı” adlandırıb. Yanğın bir neçə min kvadrat metr ərazini əhatə edib.

20 yanğınsöndürmə briqadası və xilasetmə xidmətləri tərəfindən yanğın lokallaşdırılıb.Yanğın nəticəsində xəsarət alan olmasada, bazara külli miqdarda ziyan deyib.

İnternetdə yayılan videolarda insanların öz mallarını çıxarmaq cəhdləri əks olunub.

Share: