Tayvan hərbi dronlar üçün 1,6 milyard dollar ayırıb

Tayvan hərbi dronların hazırlanması və istehsalına 1,6 milyard ABŞ dolları (50 milyard Tayvan dolları) vəsait ayırıb.

Ada hökuməti üç il ərzində PUA-ların, o cümlədən mikro-dronların və kəşfiyyat vasitələrinin istehsalına başlamağı planlaşdırır. Layihənin əsas məqsədi “xüsusi missiyalar üçün” dronların istehsalı olacaq.

PUA bir neçə yerli özəl şirkət tərəfindən istehsal olunacaq.

Tayvan ordusu hazırda ABŞ-dən dronlar alır.

Mənbə: Financial Times 

Share: