Tayvan ABŞ-dən 500 milyon dollar dəyərində silah tədarükünü planlaşdırır

Tayvan hökuməti ABŞ ilə 500 milyon dollar dəyərində silah tədarükü ilə bağlı danışıqlara başlayıb.

Bu barədə adanın administrasiyasının rəhbəri Tsay İnven bildirib.

O, bunun adi hal olduğunu vurğulayıb: “Pandemiya səbəbindən silah tədarükü dayandırılmışdı, indi bərpa edilməlidir. Yeni hərbi yardım paketinə dəqiq nəyin daxil olacağına Tayvan Milli Təhlükəsizlik Bürosu və Müdafiə Nazirliyi qərar verəcək”.

Mənbə: Mk.ru

Share: