Taylor Sviftin konsertinə görə on min dollar ziyana düşdü

Tiktoker Georgia Rose məşhur müğənni Taylor Sviftin konsertinə görə on min dollar ziyana düşüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tiktoker ifaçının konsertinə bilet alarkən səhvən on min dollar pul xərcləyib.

Bu barədə Georgia Rose tiktok hesabında qeyd edib. Onun sözlərinə görə, konsertdə iştirak etmək üçün özünə və bacısına 2 bilet alarkən təsadüfən 8 biletin pulunu ödəyib.

Nəticədə tiktokerin yüksək məbləğdə pulu mənimsənilib. O, qalan biletləri məcburən dostlarına satıb.

Share: