Tatlısəsdən Ərdoğanı güldürən ifa – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Zeytun budağı” əməliyyatına dəstək məqsədilə Suriya ilə sərhədə bir neçə tanınmış sənət adamları gedib.

Müstəqil.Az  xəbər verir ki, onların arasında məşhur müğənni İbrahim Tatlısəs də olub.

O, Ərdoğanın qarşısında “Yaylalar” türküsünü söyləyib.

İmperator “Yaylalar” mahnısındakı “Baxdın Urfa xoş deyil, dilo-dilo yaylalar, Afrini dolan da gəl” sözlərini dəyişərək “Baxdın Afrin xoş deyil, Menbiçi dolan da gəl” kimi oxuyub.

Bu ifa prezidentin gülüşünə səbəb olub.

Orxan

Share: