Tarkan Yeni il konsertindən 9 milyon qazandı

Yeni il gecəsi Kiprdə səhnəyə çıxan məşhur müğənni Tarkan konsert zamanı 19 mahnı ifa edib. Pərəstişkarlarına unudulmaz gecə yaşadan meqastar hər mahnıya görə 475 min TL qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzeti məlumat yayıb. 

Müğənninin konsertdən ümumilikdə 9 milyon TL qazandığı deyilir. 

Mənbənin yazdığına görə, Tarkanın konsertində iştirak edən pərəstişkarları bilet üçün ödənişdən əlavə də xeyli xərcə düşüblər. Belə ki, konsertin keçirildiyi hoteldə 3 gecə qalmaq adambaşına təxminən 91 min TL edib.


Share: