Tarixdə TÜRK-OR “Türk xəndəyi”,  bu gün VOLQA-DON kanalı

Minaxanım  Təkləli Nuriyeva

Unudulan tarix

 Görkəmli coğrafiyaçı Aleksandr İvanoviç Voeykov Volqa və Don çayları barədə yazırdı: Ayrı-ayrı su hövzələrinə mənsub olan iki böyük çayın bir-birinə bu şəkildə yaxınlaşması qədər yer kürəsində daha heyrətamiz bir şey ola bilməz. Onun əsərləri Qafqazın və  Cənubi Rus çöllərinin suvarılması, Don çayını  Kuban və Volqa ilə, Xəzər dənizi ilə Azov dənizini  birləşdirən kanalların tikintisi kimi problemləri əks etdirirdi. Arxeoloqların xəbər verdiyinə görə Qara dənizin şimalı və Azov dənizinin bərəkətli çöllərində məskun olan isgitlər hələ bizim eradan qabaq 7-ci əsrdə Volqa-Don arası məsafəni öz gəmilərini əlləiylə sürüyüb suya salırdılar.

Qıpçaq çölünü iki güclü qol kimi saran bu iki böyük çayı birləşdirmək, dənizlərdən dənizlərə maneəsiz yol açmaq insanlığı daim düşündürürdü.(Həqiqətən kanal 5 dənizi – Xəzər, Azov, Qara dəniz, Baltik və Şimal dənizlərini birləşdirəcəkdi)   Bu fikir Rusları isə hələ onların ayaqları bu torpağa dəymədən, onlar bu yerlərə sahib olandan çox-çox qabaqlar məşğul etməkdə idi

Hələ qədim zamanlardan gəmilərin bu iki çay arası ən qısa məsafədən birindən о birinə keçmələri söylənilməkdədir. Bunu Xəzərdə cövlan edən kazak soyğunçularının və 943 – 944-cü illərdə basqınçı rusların Azərbaycana yürüşü zamanı Xəzərə, Xəzərdən Kürə keçərək Bərdəni işğal etmələri barədə də demək olar.

Şübhəsiz, yerli əhali tatarlar, noqaylar da Volqa-Don suayrıcının üstünlüklərindən istifadə edə bilirdilər. Arxeoloqların xəbər verdiyinə görə Qara dənizin şimalı və Azov dənizinin bərəkətli çöllərində məskun olan isgitlər hələ bizim eradan qabaq 7-ci əsrdə Volqa-Don arası məsafəni öz gəmilərini əlləiylə sürükləyib suya salırdılar.

Çox-çox əvvəllərdən isə tarixin mürgülü köksündə “Türk Or” yəni Türk Xəndəyi deyə yarımnəşəli, yarımpeşman bir xatirə yaşayırdı.

1569-da qazılan Köhnə “Türk arxı

Həqiqətən belədir, bildiyimiz kimi Or “xəndək, qanov deməkdir. (müqayisə edək Or Kapı Perekopun əvvəlki adı – qala dərin, enli xəndəklə əhatələndiyindən Or Kapı adlandırılmışdı. Daha doğrusu, Kırımın başlanğıcında – qapısında dayanan xəndəklə əhatələnmiş Or Kapı qalası;   Kirk Or; bir də Or çayı və üzərində Orsk şəhərinin adındakı “or”sözü dediklərimizə sübutdur).

Həqiqətən belədir, bildiyimiz kimi Or “xəndək, qanov deməkdir. (müqayisə edək Or Kapı Perekopun əvvəlki adı – qala dərin, enli xəndəklə əhatələndiyindən Or Kapı adlandırılmışdı. Daha doğrusu, Kırımın başlanğıcında – qapısında dayanan xəndəklə əhatələnmiş Or Kapı qalası;   Kirk Or; bir də Or çayı və üzərində Orsk şəhərinin adındakı “or”sözü dediklərimizə sübutdur).

Osmanli sultanı Süleyman və oğlu Sultan Səlim zamanı:

1552-ci ilin oktyabrında Çar Rusiyası tərəfindən Kazan, 1556-da isə Astarxan xanlığının işğal edib idarəsinə keçirdi. IV İvan (İvan Qroznı) əmri ilə dərhal türk (noğay) şəhəri Astarxanda yüksək təpə üzərində Rus kremli tikilməyə başlandı. Bununla Rus dövlətinin Ural və Qara dəniz sərhədlərində Don  və Volqa çayları qıyılarında möhkəmlənməsi nəticəsində Orta Asiyanı Kırımla birləşdirən şimal ticarət yolları və Anadolu və Xəzər dənizinin şimalından keçən ərazilər təhlükə altına düşdü, bu da həmin strateji bölgələrdə Osmanlı təsirinin itirilməsi istiqamətində ilk addım demək idi. Rusiya dövlətinin bu bölgələri güclü müdafiə mərkəzinə, habelə böyük ticarət mərkəzinə çevirəcəkləri gün kimi aydın idi. Zira məhz Kazanın istilasından sonra Qafqazın da qapıları rusların üzünə açılmış olurdu, odur ki, İvan Qroznı qüvvələrinin Şimali Qafqaza yiyələnmələri təsadüfi hal deyildi. Bütün bunlar Osmanlı dövlətinin önünə Şimaldan gələn rus təhlükəsini çıxardı. Bu Osmanlı dövlətini bərk təşvişə saldı; odur ki, vəzir Sokollu paşanın tövsiyəsi ilə ləngimədən həmin nöqtələrə sahib olmaq. Bu məqsədlə Volqa və Don çaylarını kanal vasitəsilə birləşdirmək,  bununla da Qara dənizlə Xəzər dənizinin birləşdirilməsi baş tutacaq, bir də Şimaldan Cənuba doğru gəlməkdə olan rus qoşunlarının önünü kəsmək.

Osmanlı dövləti Rusların Kazan və Astarxanı istila etməsi və güclənib Volqaboyu torpaqlarda möhkəmlənməsi ilə böyük türk ölkələrinin itirilməsini sinirə bilmirdi.

Hələ bu kimi nəhəng planlardan sonra qərara alınmışdı ki kanal ticarətin bu yerlərdə canlanmasına səbəb olacaqdı. Bütün bunlarla bərabər Osmanlı dövləti Xəzərdə  saxladığı flot ilə İranla olan münaqişələrini öz xeyrinə həll edə bilərdi. Sultan Süleyman 1563-də Türk xəndəyinin, ona Osmanlı xəndəyi də deyirdilər, – ideyasını verdi.

Odur ki, gözlənilən təhlükələrdən narahat olan Kırım xanı 1565-ci ildə İvan Qroznıya (Qroznı bu qələbəsi ilə artıq çar titulu daşıyırdı) yazırdı ki, Astarxan və Kazandan əlini çək, yoxsa biz daha dostluq saxlaya bilmərik. Osmanlı dövləti də bu “əliuzunluq” qarşısında əlbəttə, narahat olmaya bilməzdi. Sultan Süleymanın varisi II Səlim 1569-cu ildə xüsusi yürüş planı hazırladı.

Volqa – don kanalı

Bu Osmanlı dövlətində bərk narahatlığa səbəb oldu; Odur ki, gözlənilən təhlükələrdən narahat olan Kırım xanı da 1565-ci ildə İvan Qroznıya (Qroznı bu qələbəsi ilə artıq çar titulu daşıyırdı): Astarxan və Kazandan əlini çək, yoxsa biz daha dostluq saxlaya bilmərik, deyə yazırdı. Osmanlı dövləti özü də bu “əliuzunluq” qarşısında əlbəttə, narahat olmaya bilməzdi.

Odur ki, Sultan Süleymanın varisi Sultan II Səlim böyük vəzir Mehmed Sokollu ilə Xəzər və Qara dənizlər arasında yolu asanlaşdırmaq, bir də Şimaldan Cənuba doğru gəlməkdə olan rus qoşunlarının önünü almaq      üçün xüsusi yürüş planı hazırladı.  Bu planda əsas yeri mühüm strateji mövqe tutan Kırım xanlığı ilə birlikdə Astarxana olan yürüş və Volqa-Don keçidində kanal qazmaq işi tuturdu. (1569)

Hələ bu kimi nəhəng planlardan sonra qərara alınmışdı ki kanal ticarətin bu yerlərdə canlanmasına səbəb olacaqdı. Bütün bunlarla bərabər Osmanlı dövləti Xəzərdə  saxladığı flot ilə İranla olan münaqişələrini öz xeyrinə həll edə bilərdi. Sultan Süleyman 1563-də Türk xəndəyinin, ona Osmanlı xəndəyi də deyirdilər, – ideyasını verdi.

Bundan əlavə, Astarxanın ələ keçirilməsi və kanalın tikintisi türklərə farsları əzmək üçün əlavə imkan verəcəkdi, həm də ikincini burada sərfəli ticarət aparmaq imkanından məhrum edəcəkdi ki, bu da İranı tam şəkildə Türkiyənin iradəsindən asılı vəziyyətə sala bilərdi. Sultan Ordu qurulduqdan sonra 1569-cu il mayın 31-də Qasım Paşanın rəhbərliyi altında yürüşə çıxdı və Xan Dövlət Geray ilə birləşdi [10]. Qasım paşanın komandanlığı altında olan orduda 15 min yeniçəri, 2 min sipah, bir neçə min Azap və Akıncı var idi. Krım xanı Dövlət Girayın 50.000 nəfərlik ordusu tərkibində noğaylar və Krım tatarları var idi. Zira məhz Kazanın istilasından sonra Qafqazın da qapıları rusların üzünə açılmış olurdu, odur ki, İvan Qroznı qüvvələrinin Şimali Qafqaza yiyələnmələri təsadüfi hal deyildi. Türk tarixşünaslığında  Osmanlı idarəçiliyinin bu fəaliyyəti  “Astarxan səfəri” deə keçir. Həmin ilin yayında Astarxanı azad etmək üçün Kırımın hərb valisi Kasım paşanın rəhbərliyi altında Türk ordusu (Ordunu 15 minlik yeniçəri nizami qoşunu, bir neçə minlik akınçı və azap birlikləri təşkil edirdi.)hərəkətə keçməkdə idi. Məqsəd aydın idi: Don çayı ilə Volqanı birləşdirən xəndək qazmaq, bununla Volqa boyunda itirilmiş hüquqları qaytarmaq… Daha vaxt gözləmək olmazdı, Kasım paşanın rəhbərliyi altında 17 minlik türk ordusu Kafa limanına çıxdı.

Kırım xanı Dövlət Gəray da çoxminli atlı dəstələri ilə Türk qoşununa qoşuldu. Kırım və Tamandan işçi qüvvəsi toplandı; Kasım paşa bu qüvvələr vasitəsilə çaylararası torpaqda xəndək qazdırmalı, bu yolla Astarxanla güclü əlaqə yaratmalı idi.

Avqustun 15-də kanalın qazılmasına başlandı. Sentyabrın 15-də artıq kanalın qazılmasında 30 min işçi çalışırdı, deyə “Osmanlı dövləti və Qafqazya” əsərində Sadiq Bilgə yazırdı. Kasım paşanın muzdlu işə cəlb etdiyi əmələlər Volqa ilə Don çayını birləşdirən bu kanalı 3 aya qazmışdı. Lakin narazılıq artırdı, özünü göstərməkdə olan qış soyuğu əsil xof yaratmış, həm də qazmaçılar kazakların arasıkəsilməz basqınlarından da bezmişdilər.

Bir yandan Astarxanı mühasirəyə alan Osmanlı əsgərləri üzücü mühasirə vəziyyətindən ruhdan düşməklə bərabər üzbəüz vuruşduqları Moskva qüvvələri ilə bərabər Çərkəz (Ukrayna) kazaklarının arxadan həmlələri də qoşunda hərcmərcliyi artırırdı. Bu baxımdan əsir Rus Semyon Maltsovun qeydləri çox maraqlıdır. Cəzana gələn işçilər deyinərək: bütün məmləkəti gətirib bura çıxarsanız belə bu işi bitirmək olmaz, deyə əllərini işdən soyutdular. Get-gedə qoşunda da qarışıqlıq düşür, Kırım xanı da yeni Rus çarı ilə münasibəti pozmamaq məqsədi ilə çəkilib gedir. İşçilər bir yandan da maaşlarını vaxtında ala bilmədiklərindən üsyan alovları hər yanı bürüyür. Kazaklara da elə bu lazım idi; hər tərəfdən indi bu hala düşən başıpozuq guruhun üstünə tökülürlər. Qoşunun komandanri Kasım Paşa hövlündən düz Tamana qədər çəkilib getməli olur.

Odur ki, bəlkə də 5-10 günlük işi qalan kanalın çəkilişi bitmədən yarımçıq qalır.

 

Rus tarixi bu Türk Xəndəyini inkar edə bilməsə də həqiqəti şübhələrə bürüməkdədir. Lakin əslində tarixdən gələn həqiqət işartıları çox güclüydü, heç də sönən deyildi. Rus dövlətinin səlahiyyətli səfiri “Saltık” ləqəbli məşhur İvan Petroviç Novosiltsev türklərin çəkilib getməsindən az sonra İstanbula yollanarkən (1571) bu yerlərdən keçmiş, hətta torpaq qazmaq üçün gətirilmiş minlərlə burada-iş üstə atılıb qalmış bel, külüng, balta görmüşdü. Səfir bu yürüş haqqında qiymətli məlumatlar verir.

 

Pyotr kanala əl qoyur:

İllər ötür… Osmanlı dövləti və Qafqazlar hesabına,  Rusiyanı cənuba doğru da genişləndirmək istəyən Pyotr bu torpaqları gəzərkən yarımçıq buraxılmış kanal onu bərk düşüncəyə çəkir. Coşqun temperamentli, dəlisov gənc çar göründüyü üzrə bu işə girişməkdədir. Türklərin 100-130 il bundan əvvəl qazdığı bu xəndək onu vəcdə gətirir: İşi bitirmək lazımdır. Azak dənizinə yürüşlərin uğurlu gedişində о xarici mütəxəssisləri bura cəlb etdi. Volqa-Don çaylarının birləşdirilməsinin ikinci cəhdi I Pyotrun hakimiyyəti illərində baş verdi; onun əmri ilə 1696-da bu çayların birləşdirilməsi projesi tərtib olundu. 1697-ci ildə ingilislərin rəhbərliyi ilə işə başlandı. İşçi qüvvəsini Azov yürüşündə əsir düşən türklər (istər əsgəri qüvvə, istərsə də Azov boyu türk əhali) və sənədlərdən məlum olduğu kimi bura qovulan işçilər – İnsar, Arzamas, Kasım, Nijni –Novqorod (əsil adı Çul kala) və Aşağı Volqa şəhərlərindən olan 20-35 min tatarlar təşkil edirdi. Onlar həqarətlə “lopatniki” (bellə işləyənlər) adlanırdı.

Çox-çox sonra rusların bitib-tükənməyən istila yürüşlərində daim yeni qazanılan topraqlarda qala, körpü, liman, qışla və s. işlərdə istifadə edilən belə əsir-yesir zümrələr bu adla qeyd olunurdu. İş ağır idi, işçilər qırılır, onların yerinə dərhal Aşağı Volqa tatarlarını sürüb gətirirdilər. Təsadüfi deyil ki, XIX əsrin lap axırlarında belə həmin xəndəkdən insan skeleti çıxırdı.

Amma tələsgən, dəlisov Pyotr budur, artıq Baltik sahilləri üstündə davaya girişmişdi. İndi hələlik kanal məsələsi ona önəmli nəsə vəd etmirdi; çünki qədim bulqar-türk topraqları olan Azak və ətraf diyarlar əlinə keçmiş, həm də çar xəzinəsi onun arasıkəsilməz müharibələrinə ağır xərci ancaq çatdıra bilirdi. Odur ki, başlatdığı Şimal müharibəsi səbəbi ilə çarın göstərişinə əsasən  1701-ci ildə Volqa-Don kanalında tikinti işini dayandırıldı.  Ardınca 1711-ci ildə isə məğlub olub Purut sülhü nəticəsində Azov və Don ağzı torpaqları itirən Rusiyanın bu yerlərdən əli çıxdı.

İllər ötürdü; yarımçıq buraxılmış bu kanallar hər zaman səyyahların, tarixçilərin marağına səbəb olmuşdur; 1826-cı ildə kanalın qalıqlarına baxan yol mühəndisi general Nikolay Kraft burada iki böyük kanal gördüyünü yazırdı: yuxarı xəndək Türk kanalı adlanır; onun eni 22 m dərinliyi 8 metrdir. Aşağı xəndək isə Pyotrun başlatdığı kanaldır, dərinliyi 7 metrdir. Türk kanalı düzgün çəkilmiş, aşağıdakı Pyotr xəndəyinə nisbətən yaxşı qalmışdır. Ondan 130 il əvvəl çəkilsə də XX əsrin başlanğıcında Yol-nəqliyyat nazirliyinin baş mühəndisi Moquçiy kanallara baxdığında Türk xəndəyini 8 m dərinlikdə, Pyotr xəndəyinin isə uçurulduğunu, yamaclarının sürüşdüyünü, dibinin də dayazlaşdığını xəbər verməkdədir.

Sovet dövrü:  Kanal yalnız böyük işçi qüvvəsinin və 100 mindən artıq alman əsirlərinin iştirakı ilə 1948-1952-ci illərdə çəkildi. “Türk xəndəyi” deyə “bismillah” la başlayan böyük iş bərpa olundu da demək olar. O, birbaşa Sarı Su çayı vadisindən keçib Ergenek təpələrinin ətəyi ilə uzanıb gedir. Volqanın suları nəhayət ki, Kalaç şəhərində (kalaç-kalaca “qalaca, kiçik qala” türk sözündəndir) Don çayına qovuşur. Kanalın ümumi uzunluğu 101 km-dir. Onun 45 km-i, təxminən yarısı çaylardan və su ambarlarından keçir. Budur, Volqa-Don kanalı kimi öyülən, vəsf olunan sovet kanalının əsil tarixçəsi…

 

Professor Minaxanım  Təkləli Nuriyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

 

Share: