Tarixdə ilk dəfə bu olimpiadada medal qazandıq – Foto

13 yaşlı azərbaycanlı Fidan Qarayeva qızlar arasında Riyaziyyat üzrə Avropa Olimpiadasının (EGMO) mükafatçılarından biri olub.

Axar.az xəbər verir ki, bu barədə EGMO-nun saytında informasiya yerləşdirilib.

Qarayeva Azərbaycana tarixində ilk dəfə bu yarışda bürünc medal qazandırıb. Yarışmanın qalibi Ukraynanı təmsil edən Olqa Şevçenko olub.

Qeyd edək ki, 44 ölkədən 68 iştirakçının qatıldığı qızlar arasında Riyaziyyat üzrə Avropa Olimpiadası 6-12 aprel tarixlərində Sürix şəhərində keçirilib.

Share: