Tanınmış şair İlham Qəhrəman yeni kitabı ilə oxucuların görüşünə gəlir

İlham Qəhrəmandan yeni kitab
“Qanun” nəşriyyatında şair İlham Qəhrəmanın yeni kitabı çap olunacaq.
Yaxın günlərdə işıq üzü görəcək kitab “Şairin vətəni sevgidir” adlanır.
Bu haqda Müstəqil.az-a açıqlama verən İlham Qəhrəman bunları demişdir – kitabda oxucular son illərdə yazdığım şeirlərlə bərabər əvvəlki kitablarımda getmiş şeirlərdən seçmələri də oxuya biləcəklər.
Şeirlərin məzmununa görə bölmələrə ayrıldığı kitaba şair yaxın günlərdə yazdığı “Yaddaş” poemasının da salındığını deyib.
Kitabda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi gənc rəssam Sitarə Hüseynlinin şəkillərindən illüstrasiya kimi istifadə edilmişdir.
Müstəqil.Az

 

Share: