Tanınmış rusiyalı aktyor vəfat etdi

Rusiyanın teatr və kino aktyoru Sergey Nikolaev 46 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Komediyaçılar” teatrı sosial şəbəkədə məlumat paylaşıb:

“Əlvida, bizim unudulmuş Cozefimiz, Antoniomuz… Bu gün biz Sergeyin ailəsi və dostları ilə birlikdə yas tuturuq”.

Qeyd edək ki, aktyor “Fənərləri sınmış küçələr”, “Gizli araşdırma”, “Opera” və “Major-2” seriallarındakı rolları ilə tanınıb.


Share: