Tanınmış muğam ifaçıları Şairə Fatimə Əlihüseynin “SÖZ DƏSTGAHI” verilişində …

Müstəqil.Az  bildirir ki,bir neçə gün bundan öncə Gənc şairə Fatimə ƏliHüseynin “Söz dəstgahı” verilişinin maraqlı buraxılışı olub.
O, poeziya, muğamla süslənmiş “Söz dəstgahı” verilişini tamaşaçılara bu dəfə geniş auditoriya qarşısında təqdim edib.
 Sentyabr ayının 9-da baş tutmuş tədbirin musiqili qonaqları  dəyərli muğam ifaçıları: xanəndə Aqil Məlikov,Alim Qasımovun qızı, xanəndə Fərqanə Qasımova olub.
Məclisdə media işçiləri,rəssamlar,şairlər də iştirak ediblər.
Aqil Məlikovun,Fərqanə Qasımovanın  maraqlı söhbətləri,ifası verilişə rəngarənglik qatıb.
“Azad qələm”redaksiyasının baş redaktoru,şairə Nəcibə İlkin və verilişin tərtibatçısı,şairə Fatimə Əlihüseyn gənc rəssamları tərbirdə iştirakına görə diplomlarla təltif edib.
Əsl söz,sənət bayramına çevrilən tədbiri şairlər də öz şeirləri ilə gözəlləşdiriblər.Məclisdən yüksək əhval ruhiyyə ilə ayrılan qonaqlar mənəvi qida aldıqlarını bildiriblər.
Bu maraqlı verilişin aparıcısı və təşkilatçısı olan Fatimə ƏliHüseynə bu nəcib işində uğurlar diləyirik!
AYSEL SƏFƏRLİ
FOTOLAR:

 

Share: