Tanınmış memar vəfat etdi

Tanınmış memar, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Marifə Əbdül qızı Əhmədova uzun müddət Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi – baş memar vəzifəsində çalışıb.

M.Əhmədova həmçinin Lənkəranda və Bakıda çoxsaylı tikili və abidələrin müəllifi olub. Onun əsərləri arasında

Lənkəranın girişində yerləşən “Samovar” abidəsi məşhurdur.


Share: