Tanınmış aparıcı xəstəxanaya düşdü…

Türkiyənin tanınmış aktyoru və televiziya aparıcısı Mehmet Əli Ərbil xəstəxanaya düşüb.

Müstəqil.az Türkiyə mediasına istinadla xəbər verir ki, 61 yaşlı aktyorun qızı Sezin Ərbil atasının evdə yıxılaraq zərbə aldığını bildirib.

“Atamın vəziyyəti kritik deyil, amma bədənində sınıqlar var”, – deyə Sezin Ərbil deyib.

Qeyd edək ki, hazırda Mehmet Əli Ərbil “Show” televiziyasında yayımlanan “Çərxi fələk” proqramının aparıcısıdır.

Share: